“Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib.

İclas zamanı bank qarantiyalarının uçotun aparılması və qarantiya üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, qarantiyaya xitam verilməsi, tələblərin ödənilməsi proseduru, vergi şərtləri və s. bu kimi məsələlər müzakirə edilib.

Əsas müzakirə olunan məsələlərdən biri də vahid “Bank qarantiyalar üzrə qaydalar”ın mövcud olmamasıdır, həmin qaydaların yerli qanunvericiliklə yanaşı unifikasiya edilmiş beynəlxalq qaydalara uyğunlaşdırılmasıdır. Növbəti müzakirə olunan məsələ respublikadaxili qarantiyalar üzrə tətbiq olunan formalar olub. Müzakirə nəticəsində qərar verilib ki, bu mövzuya düzəliş üçün qrup üzvləri fikir və rəylərini bildirəcək və müvafiq quruma tövsiyə məktubu ünvanlanacaq.

Sənədli akkreditivlər üzrə ayrıca qaydaların hazırlanması da qrup üzvlərinin müzakirə mövzusu olub. Belə ki, hazırda ayrıca qaydalar həm bank qarantiyaları üzrə, həm də sənədli akkreditivlər üzrə mövcud deyil və təklif olunub ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlər hazırlansın. Həmin müraciətdə yuxarıda adı çəkilən qaydaların hazırlaması məqsədilə işçi qrup yaradılsın və bu qrupa ABA-nın “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun bəzi üzvləri də iştirak etsin.

MÜDDƏT