“Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

19 fevral 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Xəzinədarlıq və Fondların İdarə Olunması” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. Görüşdə  qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.

Görüşdə Ekspert Qrupunun üzvləri tərəfindən “Forvard müqavilələri” barəsində fikir mübadiləsi aparılıb. Görüşün nəticəsi olaraq “Forvard müqavilələrinə görə Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunacaq hesabat forması”-nın həftə sonuna qədər hazırlanması və banklara göndərilməsi qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT