Özünüməşğulluq layihəsi çərçivəsində banklar tərəfindən avadanlıqla təmin edilmiş şəxslərin sayı 100-ü ötüb!

Əlavə edilib:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsi işlərində bankların da iştirakına şərait yaradıb.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.

Hazırda bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Bu günə olan statistikaya əsasən artıq 300 nəfərə yaxın şəxs banklar tərəfindən seçilib və onlardan 102 nəfərinə müvafiq sahibkarlıq istiqaməti üzrə artıq avadanlıq təqdim edilib.

Ölkə bankları tərəfindən layihənin icrası fəal formada davam edir və ilin sonuna qədər davam etməsi planlaşdırılır.

MÜDDƏT