NRYT, AMB və bank nümayəndələri arasında görüş keçirilmişdir

Əlavə edilib:

25 may 2021-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və bank nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilmişdir.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən elektron imza sertifikatlarının bank xidmətlərində istifadəsi barədə müzakirələr aparılmış, rəqəmsal bankçılığın inkişaf etdirilməsində sertifikat xidməti mərkəzlərinin imkanlarından istifadənin əhəmiyyəti vurğulanmışdır.

Müzakirələr zamanı bank nümayəndələrinə elektron imza sertifikatının imkanları barədə məmlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Sonda Mərkəzi Bank nümayəndələri, habelə ABA-nın Ekspert Qrupları tərəfindən maliyyə-bank sektorunda elektron imzadan istifadənin stimullaşdırılması məqsədilə “Elektron imza” sertifikatları tətbiq edilmiş yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə təklifi irəli sürülmüşdür.

MÜDDƏT