ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” ilə Maliyyə Monitorinqi Xidməti arasında onlayn formatda görüş keçirilmişdir

Əlavə edilib:

7 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosisasiyasının (ABA) “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilmişdir. Görüş zamanı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrinə Ekspert Qrupu tərəfindən təqdim edilmiş rəy və təkliflərin müzakirəsi aparılmış, tərəfləri maraqlandıran suallara cavablar verilmişdir. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT