“Komplayns Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilib

Əlavə edilib:

2 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun nümayəndələri arasında onlayn görüş keçirilmişdir.

Görüş zamanı, yenilənmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Qanunun” müzakirəsi və müvafiq Qanunvericilik üzrə digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.

Müvafiq mövzu ilə bağlı aparılan müzakirələrin davam etdirilməsi planlaşdırılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdir.

MÜDDƏT