“Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib

Əlavə edilib:

1 fevral 2023-cü il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir.

İclas zamanı, “Korporativ İdarəetmə Standartları” ilə əlaqədar rəy və təkliflərin müzakirəsi, digər cari məsələlər üzrə görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır. Sözügedən layihə ilə bağlı ekspert qrupunun rəy və təklifləri icmallaşdırılaraq Mərkəzi Banka təqdim edilməsi üçün razılaşdırılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdir.

 

 

MÜDDƏT