Mərkəzi Bank və ABA-nın Ekspert Qruplarının nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

3 fevral 2023-cü il tarixində məsafədən bank hesablarının açılması prosedurunun beynəlxalq təcrübəyə və mövcud işgüzar dövriyyə adətlərinə uyğun olaraq sadələşdirilməsi və daha effektiv həll yollarının tətbiqi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq “ və “Hüquqi məsələlər” üzrə Ekspert Qruplarının nümayəndələri arasında görüş keçirilmişdir.

Müzakirələr zamanı Ekspert Qrupunun təklifləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdir.

MÜDDƏT