ABA-nın icraçı direktoru Yunus Abdulov “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na” dair təlimdə çıxış edib

Əlavə edilib:

28 fevral 2023-cü il tarixində BMT-nin İnkişaf Proqramının Azərbaycanda Nümayəndəliyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə dəstəyi ilə həyata keçirilən “İnkişafın maliyyələşdirilməsi” layihəsi çərçivəsində “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair seminar təşkil olunub.

Seminarda bank sektorunu, beynəlxalq təşkilatları, özəl sektoru və aidiyyəti dövlət orqanlarını təmsil edən 50-dən çox nümayəndə iştirak edib. Seminarda Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov və Sahibkarlığın İnkişafı Fondunun sədri Osman Xaliyev ESG prinsiplərinin əhəmiyyəti barədə məlumat veriblər.

Bildirilib ki, bu prinsiplərin köməyi ilə bizneslər ətraf mühitə qayğı göstərməyə, “yaşıl” və “sosial məsuliyyətli” ideyalar həyata keçirməyə təşviq olunacaqlar. Belə ki, fəaliyyətində ESG standartlarını tətbiq edən şirkətlərin maliyyə mənbələrinə əlçatanlığının artırılması, habelə daha sadələşdirilmiş kredit şərtlərindən istifadə ilə bağlı tədbirlər həyata keçirilə bilər və ya reytinqi aşağı olan şirkətlərin kredit alması məsələləri çətinləşdirilə bilər.

Seminar çərçivəsində ekspert Deniz Erkus tərəfindən iştirakçılar üçün ESG prinsiplərinin tətbiqi və Dayanıqlılıq Hesabatlarının hazırlanması metodologiyası üzrə təqdimat keçirilib və iştirakçıların sualları cavablandırılıb.

MÜDDƏT