ABA-nın “Ən fəal ekspert qrupu” seçilib

Əlavə edilib:

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncaq zamanı, həmçinin Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2022” adlı tədbiri də baş tutmuşdur.

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.

2022-ci il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:

  1. “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu-I yer
  2. “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu-II yer
  3. “Kredit işi üzrə” Ekspert Qrupu-III yer

Həmçinin “Fəal ekspert qrupu” nominasiyasına “Risklərin idarə edilməsi üzrə” və “Mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupları layiq görülmüşdür.

MÜDDƏT