ABA-nın Ekspert qruplarının nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

24 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər” və “Mühasibat uçotu, vergi və hesabatlılıq” Ekspert qrupları nümayəndələri arasında görüş baş tutub.

Görüş zamanı əmanətlər üzrə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulması ilə əlaqədar vahid yanaşma məsələləri müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT