“Komplayns Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

14 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Komplayns Ekspert Qrupu”nun növbəti fiziki görüşü baş tutub.

Görüş zamanı cari ildə ÇPY/TMM sahəsində yeni redaksiya ilə qəbul edilən Qanunun və təsdiq edilən yeni qaydaların müzakirəsi aparılmışdır. Əlavə olaraq görüşdə həmin tələblər üzrə yaxın gələcəkdə atılacaq addımların müzakirəsi edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT