Dövlət Vergi Xidmətinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir

Əlavə edilib:

29 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiyasiyasına daxil olan üzv banklarının və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda növbəti görüşü keçirilmişdir.

Görüşdə vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən vergi ödəyicilərinə məxsus bank hesablarının açılmasının yeni qaydalarının texniki tərəfləri müzakirə edilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmış, tərəfləri maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT