ABA-nın “İnsan resurslarının idarə olunması Ekspert Qrupu”na yeni sədr təsdiqləndi

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında “İnsan resurslarının idarə olunması Ekspert Qrupu”na sədr vəzifəsinə “Kapital Bank” ASC-nin Performansın idarə edilməsi Departamentinin direktoru Aygün Musayevanın namizədliyi təsdiqlənmişdir.

Aygün Musayeva Azərbaycan Dövlət İqtisad Universitetinini bakalavr, Qafqaz Universitetini magistr dərəcəsini bitirib, Boğaziçi Universiteti “MBA” fakültəsinin məzunudur.

Aygün Musayeva karyerasına 2013-cü ildən “Bank of Baku” ASC-də başlamış, 2015-ci ildən karyerasını “Kapital Bank” ASC-də davam etdirərək 2023-ci ildən etibarən həmin bankın Performansın idarə edilməsi Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. “CIPD Level 5 Diploma in People Management” sertifikatına sahibdir.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.

MÜDDƏT