ABA-nın yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr təsdiqləndi

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na sədr vəzifəsinə “Kapital Bank” ASC-nin Hüquq Departamentinin direktoru Ələkbər İsmayılzadə təyin edilmişdir.

Ələkbər İsmayılzadə Bakı Dövlət Universitetini bakalavr və magistr dərəcəsi üzrə bitirmiş, habelə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə təhsil almışdır.

Ələkbər İsmayılzadə karyerasına 2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankında başlamış, 2017-ci ildən karyerasını “Kapital Bank” ASC-də davam etdirərək bankın Hüquq Departamentinin direktoru vəzifəsinə kimi yüksəlmişdir.

Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir.

MÜDDƏT