ABA ilə Mediasiya Şurası arasında Memorandum imzalanmışdır

Əlavə edilib:

7 aprel 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mediasiya Şurası (Şura) arasında birgə qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumu ABA-nın Prezidenti Zakir Nuriyev və Şuranın sədri Nadir Adilov imzalamışlar.

İmza mərasimində həmçinin Mərkəzi Bank, ABA və Mediasiya Şurasının nümayəndələrindən ibarət “Maliyyə Mübahisələri Komitəsi”nin üzvləri də iştirak etmiş, mübahisələrin alternativ həlli yollarından biri kimi mediasiyanın əhəmiyyəti barədə məlumat verilmişdir.

Memorandumun imzalanmasında məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişlərini rəhbər tutaraq mediasiya proseslərinin daha da təkmilləşdirilməsi, bank sahəsində yaranan mübahisələrin qısa zamanda alternativ yolla həll olunmasına, o cümlədən mülki və kommersiya mübahisələrinin həllində mediasiyanın rolunun artırılmasına töhfə vermək, mediatorların, vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına, ölkədə məhkəmə-hüquq sisteminin inkişafına və optimallaşmasına dəstək verməkdən ibarətdir.

MÜDDƏT