ABA-nın yeni təyin edilmiş Ekspert Qrupu sədrləri ilə görüş keçirilib

Əlavə edilib:

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında ABA-nın nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarə olunması Ekspert Qrupu”na “Kapital Bank” ASC-nin Performansın idarə edilməsi Departamentinin direktoru Aygün Musayeva, “İT və İT təhlükəsizlik Ekspert Qrupu”na “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na “Ziraat Bank Azərbaycan” ASC-nin Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru Hikmət Cəfərov sədr vəzifəsinə təyin edilmişdir.

Həmçinin yeni yaranmış “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”na “Kapital Bank” ASC-nin Hüquq Departamentinin direktoru Ələkbər İsmayılzadənin və “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”na ABB-nin Rəqəmsal Dələduzluqla Mübarizə üzrə qrup rəhbəri Cavidan Əfəndiyevin sədrliyi təsdiq edilmişdir.

Bununla əlaqədar olaraq, 7 aprel 2023-cü il tarixində ABA-nın prezidenti Zakir Nuriyev və Rəyasət Heyəti üzvləri ilə yeni təyin edilmiş Ekspert qrupu sədrləri arasında görüş keçirilib.

Görüş zamanı Ekspert qruplarının fəaliyyətləri ilə əlaqədar müzakirələr aparılmış, qrup sədrlərinin Ekspert qrupları ilə bağlı gələcək planları dinlənilmiş və Rəyasət Heyəti üzvlərinin rəy və təklifləri səsləndirilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT