ABA nəzdində fəaliyyət göstərən “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

Əlavə edilib:

07 aprel 2023-cü il tarixində “Bank Respublika” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. İclasda “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı” və müvafiq Media Plan müzakirə edilmişdir.

Əlavə edək ki, görüşdə bankların marketinq və ictimaiyyətlə əlaqələr üzrə rəhbər şəxsləri iştirak etmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT