Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABA üzv bankların nümayəndələri arasında görüş keçirilmişdir

Əlavə edilib:

14 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların müvafiq rəhbər nümayəndələri arasında görüş keçirilmişdir.

Görüş zamanı AMB tərəfindən “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nın icrası çərçivəsində “Account switching” (Bank hesablarının əlaqələndirilməsi) mövzusu ətrafında müzakirələr aparılmışıdır.

Əlavə edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT