ABA-nın Ekspert qruplarının nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

27 iyul 2023-cü il tarxində “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə Fəaliyyət Planı” ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən  “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” , “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə” və “Marketinq və PR” üzrə Ekspert Qruplarının iştirakı ilə görüş keçirilmişdir.

Görüşdə Fəaliyyət Planında nəzərdə tutulmuş “Rəqəmsal ödənişlərdə fırıldaqçılıq hallarının qarşısının alınması üçün maarifləndirmənin təşkili” tədbiri üzrə məsələlər müzakirə olunmuşdur.

Əlavə edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT