ABA və ART-Fintech şirkətinin birgə təşkilatçılığı ilə bir sıra texnoloji vebinarlar keçirilib

Əlavə edilib:

26 oktyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və ART-Fintech şirkətinin birgə təşkilatçılığı ilə İT sahəsində ən son tendensiyalara həsr olunmuş bir sıra texnoloji vebinarlar keçirilib.

Vebinarlarda ilk olaraq, Mikroservis Avtomatlaşdırılmış Bankçılıq Sisteminin işləmə prinsipi və avtomatik kod yaratmaq üçün unikal texnologiya nümayiş olunub.

Qeyd edək ki, vebinarlarda innovasiyaların və İT inkişaf strategiyalarının icmalı, sektora təsir edən cari texnologiyalar və onları bankın İT sahəsinə çevik tətbiq etməyin yollarına dair texnoloji tendensiyalar, ART-Fintech-dən olan həmkarların təcrübələri və uğurlu tətbiq nümunələrinə dair keyslər və praktiki məsləhətlər kimi aktual mövzular müzakirə edilib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT