ABA-nın nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

Əlavə edilib:

3 noyabr 2023-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

İclasda həmçinin ABA-nın “Hüquqi məsələlər” və “Risklərin idarəedilməsi üzrə Ekspert Qrupu”nun nümayəndələri də iştirak edib.

İclas zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na edilmiş bəzi yenilik və dəyişiklərə dair fikir mübadiləsi aparılıb və  gündəlikdə olan digər məsələlər müzakirə edilib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

 

MÜDDƏT