ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclasları keçirilmişdir

Əlavə edilib:

23-24 noyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun “Zoom” platforması vasitəsilə növbəti onlayn iclasları keçirilmişdir.

İclaslar çərçivəsində turizm sahəsində rəqəmsal ödənişlərin inkişaf etdirilməsi, POS-terminal infrastrukturundan istifadə effektivliyinin yüksəldilməsi, təsərrüfat subyetlərində Ani Ödənişlər Sistemi üzərindən QR-kod əsasında aparılan ödənişlərdə interçeync xidmət haqlarının tətbiqi və digər cari məsələlərin müzakirəsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT