ABA-nın icraçı direktoru Yunus Abdulov FINTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində çıxış edib

Əlavə edilib:

05 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov ABA ilə Türkiyə Banklar Birliyinin təşkilatçılığı, VISA ilə tərəfdaşlıq çərçivəsində keçirilən FİNTEX SAMMİT İSTANBUL 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) tədbirində çıxış etmiş, açılış nitqindən sonra birinci panel olan “VISA Xüsusi Sessiyası: Maliyyənin Gələcəyi: Rəqəmsal transformasiya və innovasiya” panelinin moderatoru olmuşdur.

Paneldə Visa tərəfindən rəqəmsallaşma sahəsində həyata keçirilən əsas innovativ həllər və ödəniş innovasiyasında baş verən tendesiyaların müzakirəsi ilə yanaşı, həmçinin maliyyə sektorunda rəqəmsal transfomasiyanın üstünlüyü, POS terminalların analoji ödəniş imkanları, müştəri məmnuniyyətinin təmin olunması, bu gün üçün ən vacib fintex trendlər kimi mövzular yer almışdır.

Yunus Abdulovun moderatoru olduğu panelin spikerləri arasında “Visa”nın baş direktoru və Azərbaycan üzrə regional meneceri  Nurlan Hacıyev, “Kapital Bank”-ın Birbank Sahəsinin lideri Zakir Xənməmmədov, “Azərtürkbank”-ın Prossesinq mərkəzinin direktoru Namid Abdulov, “ABB”-nin Pərakəndə seqmenti üzrə rəhbəri Anar Abbasov, “Leobank”-ın Ödəniş Sistemləri və Fırıldaqçılıqla Mübarizə Departamentinin rəhbəri Nərminə İbrahimova yer almışdır.

Qeyd edək ki, Sammit 5-6 dekabr 2023-cü il tarixində, Türkiyənin İstanbul şəhərində, Wyndham Grand Istanbul Levent mehmanxanasında keçiriləcək. Sammitin mövzusu “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik”dir.

MÜDDƏT