“Arxiv işi üzrə” İşçi Qrupunun növbəti onlayn iclası keçirilmişdir

Əlavə edilib:

23 yanvar 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Arxiv işi üzrə” İşçi Qrupunun “Zoom” proqramı üzərindən növbəti onlayn iclası keçirilmişdir.

İclasda İşçi Qrup tərəfindən 2024-cü ildə görüləcək işlər, ödənişli arxiv xidmətlərinin siyahısı və onların göstərilməsinə görə xidmət haqlarının məbləği, rəqəmsallaşma ilə bağlı yeniliklər və digər cari məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT