ABA-nın təşkilatçılığı və Kapital Bank-ın dəstəyi ilə “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirilib

Əlavə edilib:

25 yanvar 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı Kapital Bank-ın dəstəyi ilə risk mütəxəssisləri üçün “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirilib. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq, təcrübə mübadiləsini həyata keçirmək və risk sahəsində beynəlxlaq təcrübə ilə tanış olmaq idi.

50-dən çox iştirakçının qoşulduğu seminarda beynəlxalq spiker qismində ING Bank Hollandiyanın Validasiya şöbəsinin rəhbəri Özgür Çetiner iştirak etdi. ABŞ, Almaniya, Türkiyə, Kanada kimi ölkələrdə risk modelləri ilə bağlı 20 ildən çox təcrübəyə sahib olan Özgür Çetiner “Maşın öyrənilməsi (“Machine learning”) modelərinin pərakəndə kreditləşmə üzrə tətbiqi”, eləcə də “Texnoloji yeniliklər və maşın öyrənilməsi modellərindən istifadə etməklə kreditlərin idarə edilməsi” mövzusunda təcrübələrini bölüşüb.

Seminarın digər eksperti isə Kapital Bank-ın Kredit Riskləri Ekspert Mərkəzinin lideri Nihad Hüseynzadə idi. Bank sekorunda 10 ilə yaxın təcrübəyə sahib Nihad Hüseynzadə iştirakçılarla “Yeni texnologiyalardan və kredit risk modellərindən istifadə edilməklə kredit risklərinin idarə edilməsi”, “Agile mühitdə kredit risklərinin idarə edilməsi” mövzusunda biliklərini bölüşüb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT