ABA Ekspert qrupu üzvləri İT üzrə Türkiyə banklarının təcrübəsini öyrənib

Əlavə edilib:

1 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspertləri ilə Türkiyənin “Garanti BBVA” bankının nümayəndələri arasında görüş baş tutub. Görüş zamanı ABA-nın nəzdində fəaliyyət göstərən “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvləri, “Garanti BBVA”-nın nümayəndələri – Cihan Arslan və Murat Cengiz iştirak etmişdir.

Görüşdə IPS sistemləri (Intrusion Prevention System) haqqında təcrübə mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT