ABA-nın təşkilatçılığı ilə müasir GRC proqram təminatları və trendlər mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

12 mart 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan tədbirdə GRC sahəsində rəqəmsal transformasiya, müasir tendensiyalar və perspektivlərə dair mövzular təqdim olunub. Eyni zamanda bu sahədə milli məhsul olan REİS GRC proqram təminatının imkanları iştirakçılara nümayiş edilib.

Beynəlxalq standart və yaxşı təcrübələr əsasında hazırlanan REİS GRC proqram təminatı bankların idarəçilik, risk, audit, komplayns və daxili nəzarət bölmələri üçün müasir rəqəmsal həllər təklif edir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT