Mərkəzi Bank və ABA üzvləri arasında gender maliyyəsinin təşviqi ilə bağlı görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri arasında mart ayının 28-də gender maliyyəsinin banklarda təşviqi ilə bağlı görüş təşkil olunmuşdur.

“Zoom” platforması üzərindən keçirilən görüşdə Mərkəzi Bankın maliyyə inklüzivliyinin təmin olunması istiqamətində gender bərabərliyinin təşviqi ilə bağlı nəzərdə tutulan təşəbbüsləri iştirakçıların diqqətinə çatdırılmışdır. Görüşdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsindən irəli gələn “B-ready” hesabatının gender maliyyəsi üzrə suallara verilmiş cavablar, eləcə də maliyyə sektorunda qadınların iştirakına dair aparılmış sorğu nəticələri ilə bağlı təqdimat keçirilmişdir. Həmçinin bankların mövzu ətrafında gözləntiləri və növbəti addımları ilə bağlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT