“Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

Əlavə edilib:

15 aprel 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir.

Görüşdə rəqəmsal ödənişlər sahəsində uduş oyunları, lotereyada iştirak və digər üsullar ilə baş verən fırıldaqçılıq əməliyyatları və bu əməliyyatlar üzrə pul vəsaitlərinin “card-to-card” və ödəniş kartı ilə elektron pula bağlı ödəniş hesabları arasında aparılan əməliyyatlar ilə səlahiyyətsiz formada ələ keçirilməsi müzakirə edilmişdir.

Eyni zamanda iclasda pul vəsaitlərinin sürətli formada köçürülməsində “card-to-card” və ödəniş kartı ilə elektron pula bağlı ödəniş hesabları arasında aparılan əməliyyatların mühüm rol oynadığı diqqətə çatdırılaraq, birgə qabaqlayıcı tədbirlərin görülməsi qərara alınmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT