Azərbaycan banklarının nümayəndələri üçün biznes səhər yeməyi tədbiri təşkil edilib – Foto

Əlavə edilib:

18 aprel 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və beynəlxalq İT şirkəti “SYSTEM TECHNOLOGIES” ilə birgə Azərbaycan banklarının nümayəndələri üçün biznes səhər yeməyi tədbiri təşkil edib.

“Successful Digital Brand. Bank or Fintech?” adlı tədbirdə bankların informasiya texnologiyaları və rəqəmsal transformasiya departamentlərinin rəhbərləri iştirak edib və rəqəmsal bankçılıq biznesinin inkişafı istiqamətində müzakirələr aparılıb.

Tədbirin gündəliyinə bankların və finteklərin rəqəmsal brendlərinin yaradılması tendensiyaları; rəqəmsal bankçılığın inkişafında qlobal tendensiyalar; yeni nəsil informasiya texnologiyalarından istifadə etməklə bankın biznes səmərəliliyini artırmaq imkanları; vahid fintek tətbiqindən istifadə etməklə müştərilər və bank arasında qarşılıqlı əlaqə ekosisteminin yaradılması daxil olub.

Əlavə edək ki, ABA mütəmadi olaraq, tərəfdaşlarla birlikdə bank-maliyyə sektorundakı yeni trendlərə dair müxtəlif tədbirlər, konfranslar seminarlar təşkil edir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT