ABA-nın təşkilatçılığı ilə “Bilgi Güvenliği” adlı təlim keçirilmişdir – Foto

Əlavə edilib:

17 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində “Bilgi Güvenliği” adlı təlim keçirilmişdir.

Təlim “İnformasiya texnologiyaları və informasiya texnologiyaları təhlükəsizliyi”, həmçinin “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə istiqamətində “Bilgi Güvenliği” istiqamətlərini əhatə edib.

Təlimçilər sırasında isə təhlükəsizlik mühəndisi, məsləhətçi (Danışman güvenlik mühendisi) Melis Bostancı və Yapı Kredi Bank Azərbaycan üzrə (CİSO) (İnformasiya Təhlükəsizliyi üzrə məsul şəxs) Korhan Şen yer alıb.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən bank əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilməkdədir.

MÜDDƏT