ABA-nın təşkilatçılığı ilə “Marketinq və PR Ekspert Qrupu” nun Macarıstan səfəri başa çatmışdır

Əlavə edilib:

24-25 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ABA-nın “Marketinq və PR Ekspert Qrupu”nun üzvlərinin Macarıstan Respublikasına səfəri təşkil edilmişdir.

Görüşlər zamanı nümayəndə heyəti OTP Bank Plc, K&H Bank, Erste Bank Hungary Plc və MHB Bank kimi aparıcı maliyyə qurumlarının təcrübələri ilə yaxından tanış olmuş, qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparmışlar.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşdur:

  • PR fəaliyyətlərinin istiqaməti
  • Böhran vəziyyətlərində PR strategiyası
  • İstehlakçı və biznes müştərilər üçün marketinq strategiyaları
  • Reklam kampaniyalarının hazırlanma prosesi
  • Sosial media marketinqində yeni trendlər və platformalar
  • Oyun və metaverse marketinqi
  • Sosial layihələr (KSM)
  • Süni intellekt və marketinqin avtomatlaşdırılması

Səfər zamanı həmçinin Assosiasiyanın ekspert qruplarına göstərdiyi dəyərli dəstəyə və Macarıstan Banklar Assosiasiyasının Direktoru vəzifəsinə təyin olunmasına görə Reka Hamoriyə Azərbaycan Banklar Assosiasiyası tərəfindən xüsusi plaket təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT