Mastercard-ın strateji hədəfləri və Azərbaycanla bağlı planları müzakirə olunub

Əlavə edilib:

16 yanvar 2026-cı il tarixində Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyinin (AmCham Azerbaijan) və Mastercard şirkətinin birgə təşkilatçılığı ilə biznes naharı formatında görüş keçirilmişdir.

Görüşdə Mastercard şirkətinin Strateji İnkişaf üzrə Vitse-Sədri və Prezidenti Jon M. Hantsman, eləcə də müxtəlif qurumları təmsil edən iştirakçılar, o cümlədən Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov iştirak etmişdir.

Tədbir çərçivəsində Mastercard-ın qlobal strateji hədəfləri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları, eləcə də şirkətin Azərbaycan bazarı üzrə mövcud və perspektiv planları ətrafında müzakirələr aparılmışdır.

MÜDDƏT