13 yanvar 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Komplayens Ekspert Qrupu növbəti görüşünü keçirmişdir. Görüşdə banklarda AÖS sisteminin tətbiqi ilə bağlı işlərin vəziyyəti geniş müzakirə edilmiş, bu sahədə banklar tərəfindən görülən işlərin yekunlaşması və icra vəziyyətinin izlənilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Eyni zamanda, MyGov portalından məlumatların çəkilməsi prosesində yaranan çətinliklər müzakirə edilmiş, bu məsələlərlə bağlı Asan Finance və MyGov nümayəndələri ilə görüşün keçirilməsinə qərar verilmişdir.
