Azərbaycan Banklar Assosiasiyası (ABA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.
2 sentyabr 2026-cı il tarixində keçirilən görüş “Şərq Tərəfdaşlığı Ölkələrində Yaşıl Sazişə Hazırlığın Təşviqi” (PROGRESS) layihəsi çərçivəsində təşkil olunub.
Görüşdə aqrar sektorda iqlimə uyğunlaşma və davamlılıq investisiyalarının maliyyələşdirilməsində bank sektorunun rolunun gücləndirilməsi, həmçinin milli və beynəlxalq maliyyə institutlarının maliyyə resurslarına çıxış imkanları müzakirə edilib.
Tərəflər qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və bank sektorunun yaşıl maliyyələşmədə rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
