Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında yaradılmış Birgə Komitənin növbəti iclası 7 sentyabr 2026-cı il tarixində onlayn formatda keçirilib.
İclasda banklar və lisenziyalı ödəniş və elektron pul təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüş zamanı iştirakçıların təklif və mövqeləri dinlənilib, qeyd olunan istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər bank və fintex ekosistemləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və mövcud məsələlərin birgə müzakirəsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
