10 sentyabr 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yeni yaradılmış Ödəniş sistemləri və hesablaşmalar üzrə işçi qrupun ilk onlayn görüşü keçirilib.
Görüşdə ölkədaxili və transsərhəd ödənişlər üzrə mövcud vəziyyət, eyni zamanda hesablaşmaların həyata keçirilməsi zamanı yaşanan çətinliklər və digər əlaqəli məsələlər müzakirə olunub.
Görüşdə ölkə xaricinə ödəniş hesabları üzərindən müştəri köçürmələri, ölkə daxilində valyutada müştəri köçürmələri, qarşı tərəfin hesab rekvizitlərinin düzgünlüyünün yoxlanılması, dövlət büdcəsinə ödənişlər və B2B ödənişləri ilə bağlı mövcud vəziyyət və əsas məsələlər nəzərdən keçirilib.
Görüşdə qeyd olunan istiqamətlər üzrə mövcud banklararsı əməkdaşlığın daha da genişləndirilməsi və həmçinin yuxarıda qeyd edilmiş istiqamətlərdə müzakirə edilməli məsələlər, onların həlli yolları və ödəniş proseslərinin təkmilləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
