16 sentyabr 2026-cı il tarixində Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Türk Dövlətləri Təşkilatı Katibliyinin birgə təşkilatçılığı ilə “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilib.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunan tədbirdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev iştirak edib.
Konfrans çərçivəsində Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, regional inteqrasiya, Orta Dəhlizin rolu, ticarət əlaqələri və dayanıqlı inkişaf imkanları müzakirə olunub.

