30 sentyabr 2026-cı il tarixində ABŞ–Azərbaycan Ticarət Palatasının (USACC) üzvləri və tərəfdaşlarına həsr olunmuş görüş keçirilib.
Görüşdə dövlət qurumlarının, maliyyə institutlarının, akademik təşkilatların, USACC üzv şirkətlərinin və digər tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində ABŞ və Azərbaycan arasında ticarət, investisiya, təhsil və institusional əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər və gələcək prioritetlər diqqətə çatdırılıb.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev də görüşdə iştirak edib.
Görüş çərçivəsində Azərbaycan Banklar Assosiasiyası ABŞ–Azərbaycan arasında maliyyə sektorunda əlaqələrin gücləndirilməsinə və iki ölkə arasında daha geniş əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə xüsusi mükafatla təltif olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası və USACC arasında əməkdaşlıq çərçivəsində Azərbaycan və ABŞ-ın bank və maliyyə sektorları arasında əməkdaşlığın inkişafına yönəlmiş bir sıra təşəbbüslər həyata keçirilib. Bu əməkdaşlıq maliyyə sektorunda peşəkar əlaqələrin və institusional əməkdaşlığın inkişafına xidmət edir.

