ABA və Mastercard Qəbələdə birgə tədbir keçirib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) və qlobal texnologiya şirkəti Mastercard arasında davam edən əməkdaşlıq çərçivəsində təbiətinin gözəlliyi ilə seçilən Qəbələ şəhərində birgə tədbir keçirilib.

Tədbirdə ABA-nın Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu və Rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə üzrə Ekspert Qrupunun üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində Mastercard tərəfindən dəvət olunmuş beynəlxalq ekspertlər rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə, bu sahədə ən son tendensiyalar və rəqəmsal ödənişlərdə süni intellekt (Sİ) texnologiyalarının tətbiqi imkanları barədə təqdimatlarla çıxış ediblər. Təqdimatlardan sonra qeyd olunan mövzular, eləcə də rəqəmsal ödənişlər sahəsində yaranan yeni çağırışların həllinə yönəlmiş innovativ yanaşmalar ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda qarşılıqlı əməkdaşlığa verdikləri töhfələrə görə iştirakçı banklar təltif olunub və onlara müvafiq mükafatlar təqdim edilib.

Tədbir banklar arasında əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də rəqəmsal ödənişlər sektorunda aktual məsələlərin və yeni inkişaf istiqamətlərinin müzakirəsi baxımından mühüm addım olub.

MÜDDƏT