ABA rəhbərliyi “FINCA”nın nümayəndə heyəti ilə görüşüb

Əlavə edilib:

12 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın baş iqtisadçısı Bəhruz Əhmədov “FINCA” Mikromaliyyə Holdinqinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Holdinqin qlobal direktoru Andree Simon, “FINCA Azerbaijan”ın baş icraçı direktoru Tim Tarrant iştirak ediblər.

İqtisadiyyat və bank sektorunun cari vəziyyəti, makroiqtisadi və maliyyə sabitliyi, bankların konsolidasiyası və kapitallaşması, mikromaliyyə bazarı, xarici resurslar hesabına maliyyələşmə məsələləri, həmçinin maliyyə texnologiyalarının tətbiqi (fintech) məsələləri görüşün əsas müzakirə mövzuları olub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT