ABA ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında görüş keçirilib.

BBN.az xəbər verir ki, görüşdə  ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov və Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas iştirak edib.

Görüş zamanı bank-maliyyə sektorunun cari vəziyyəti, mövcud inkişaf templəri, həyata keçirilən islahatlar, qarşıdakı çağırışlar və bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Yeni qəbul edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ətrafında fikir mübadiləsi aparılıb, həmçinin bank-maliyyə sisteminə aid qanunvericiliyin təkmilləşdirilməsi və digər əlaqədar məsələlər üzrə texniki yardım imkanları barədə danışılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT