“TuranBank” “Nə? Harada? Nə zaman?” çempionatının qalibi oldu

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” çempionatının qalibləri məlum olub.

26  oktyabr 2018-ci il tarixində ABA tərəfindən III Banklararası “Nə? Harada? Nə zaman?” çempionatı keçirilib. 13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi çempionatın qalibi “TuranBank” komandası olub.

Belə ki, komanda mümkün 36 sualdan 28-nə cavab verərək I yerdə qərarlaşıb.

3 mərhələdən ibarət çempionatda  II və III yerin müəyyənləşdirilməsi üçün komandaların reytinqlərinə baxılmalı olub. Belə ki, “Bank of  Baku” və “Kapital Bank” eyni sayda, yəni 25 suala düzgün cavab verib. Lakin “Bank of  Baku” reytinq hesablamasında öndə olduğu üçün II yerə, “Kapital Bank” isə III yerə layiq görülüb.

Xatırladaq ki, ötən il keçirilmiş çempionatda “Kapital Bank” I, “Bank of Baku” II, “Dəmirbank” isə III yerdə olub.

Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.

Sıra Komanda Xal Reytinq
I “TuranBank” 28 155
II “Bank of Baku” 25 127
III “Kapital Bank” 25 119

MÜDDƏT