Ekspert Qrupunun növbəti görüşü keçirilib

Əlavə edilib:

23 noyabr tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri  və alternativ xidmət kanalları” üzrə Ekspert Qrupunun növbəti görüşü keçirilib. Görüş zamanı ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf istiqamətləri ilə yanaşı, lokal ödəniş kartları və onların tətbiqinin genişləndirilməsi imkanları, habelə ödəniş kartları bazarında tətbiq olunan xidmət haqqı tarifləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT