ABA-nın Ekspert Qrupu ilə investisiya şirkətlərinin rəhbərləri arasında görüş keçirilib

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyasının (ABA)  “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib.

Görüşdə investisiya şirkətlərinin rəhbərləri, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun sədri Aydın Hüseynov və bankların nümayəndələrindən ibarət Qrupun üzvləri iştirak edib.

İclasda koorporativ istiqrazlar bazarının perspektivləri, emissiya olunmuş koorporativ istiqrazların satışındakı çətinliklər və koorporativ istiqrazların satışının stimullaşdırılması mexanizmləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT