ABA-nın Ekspert Qrupu ilə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”na üzv olan təşkilatlar arasında görüş keçirilib

Əlavə edilib:

“Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) nəzdində fəaliyyət göstərən Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu ilə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası”na üzv olan təşkilatlar arasında ikinci görüş keçirilib. Görüşdə Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə  Ekspert Qrupunun sədri Aydın Hüseynov və qrupa üzv olan bankların, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin nümayəndələri  ilə İnvestisiya Şirkətlərinin əməkdaşları iştirak ediblər.

Görüşdə bankların Dövlət qiymətli kağızlarının alınması zamanı Milli Depozit Mərkəzində olan klirinqlər üzrə gecikmələr, Dövlət və korporativ qiymətli kağızların alınması üzrə Bakı Fond Birjasının tarifləri və korporativ qiymətli kağızların yerləşdirilməsində ortaya çıxan problemlər müzakirə olunmuşdur.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT