“Daxili audit üzrə” Ekspert Qrupunun ilk görüşü keçirilib

Əlavə edilib:

Azərbaycan Beynəlxalq Bankı ASC-nin inzibati binasında Azərbaycan Banklar Assosasiyasının (ABA) nəzdində Daxili audit üzrə ekspert qrupunun ilk görüşü keçirilib.

Görüşdə Azərbaycan Banklar Assosasiyasının İcraçı direktoru və ekspert qrupuna üzv olan 11 sayda bankın daxili audit bölmələrinin nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Banklar Assosasiyasının İcraçı direktoru Yunus Abdulovun açılış nitqi ilə başlanılmış, ekspert qrupunun yaranma zərurəti və onun fəaliyyət əsasları barədə məlumatlar qrup üzvlərinə bildirilmişdir. Sonra ekspert qrupunun sədri – Azərbaycan Beynəlxalq Bankı ASC-nin Daxili audit departamentinin direktoru Elgün Qurbanov çıxış edərək ekspert qrupunun fəaliyyət istiqamətləri, işləmə mexanizmi, 2019-cu il üçün təklif edilən əməliyyat planı barədə məlumat vermiş, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daxili audit fəaliyyətinə dair hazırlanmış qayda layihəsini müzakirəyə təqdim edib.

Daha sonra qrup üzvləri qrupun fəaliyyəti və müzakirə edilən Qaydalar layihəsi ilə bağlı fikirlərini bildirmiş, müvafiq məsələlərə dair kollegial razılıqlar əldə edilib.

Sonda qrupun növbəti görüş tarixi və gündəliyi barədə təkliflər müzakirə edilmiş, kollegial razılıq əldə edilmiş məsələlər barədə görüləcək işlər müəyyən edilib.

Xatırladaq ki, Daxili audit ekspert qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

MÜDDƏT