“Komplayns üzrə ” Ekspert Qrupunun görüşü keçirilib

Əlavə edilib:

08 fevral 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun bu il üzrə ikinci görüşü keçirilib. Görüşdə aşağıdakı aktual məsələlər müzakirə edilib :

1. Nağdsız Hesablaşmalar haqqında Qanunun tələblərindən irəli gələn məsələlərin müzakirəsi;

2. Baltik  dövlətlərinin   banklarıyla  müəyyən  dövr  üzrə  əməliyyatlarda bankların icra edə biləcəyi əlavə nəzarət tədbirləri.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT