ABA-nın Komplayens üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib

Əlavə edilib:

3 iyun tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Komplayens üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

İclas zamanı komplayens sahəsində beynəlxalq təcrübələrin öyrənilməsi və yerli praktikada tətbiqi məqsədilə xarici ölkələrə nəzərdə tutulan işgüzar səfərlərin təşkili və planlaşdırılması ilə bağlı müzakirələr aparılmışdır.

Bununla yanaşı, banklar tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən hesabatlar üzrə mövcud vəziyyət nəzərdən keçirilmiş, bu istiqamətdə gələcək iclasların davam etdirilməsi planlaşdırılmışdır.

İclasda həmçinin AZIPS və XÖHKS çərçivəsində əməliyyat proseslərinin təkmilləşdirilməsi və mövcud yanaşmalar üzrə fikir mübadiləsi aparılmışdır.

Sonda gündəlikdə yer alan digər məsələlər müzakirə olunmuş, növbəti fəaliyyət istiqamətləri üzrə təkliflər səsləndirilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

MÜDDƏT